Sosial media monitorinqi və social listening

Müştərilərinizin brendiniz haqqında nə düşündüyü əsasən sosial şəbəkələrdə, xüsusən şərhlərdədir. Nintel Instagram, Facebook, TikTok, X, Threads, YouTube və Telegram-da postları və şərhləri toplayır və süni intellektlə təhlil edir.

Niyə vacibdir?

1Şikayətlər çox vaxt rəsmi kanallara yox, şərhlərə yazılır.
2Kampaniyanın real təsiri bəyənmə sayında yox, insanların dediklərindədir.
3Rəqiblərin auditoriyası nəyi bəyənir, nədən narazıdır — açıq məlumatdır.

Nintel nə edir

7 platforma

Instagram, Facebook, TikTok, X, Threads, YouTube və Telegram — postlar, şərhlər və cavablar.

Video və şəkil anlayışı

Videolarda deyilənlər mətnə çevrilir, şəkillərdəki yazı və loqolar oxunur.

Ton və şikayət

Hər mention-un tonu, şikayət olub-olmaması və aid olduğu kateqoriya AI ilə təyin olunur.

Mənaya görə axtarış

«Qiymət artımından narazılıq» yazın — «bahalaşma», «qiyməti qaldırdılar» kimi ifadələr də tapılsın.

Ninto AI köməkçi

«Bu həftə nə tənqid olunub?» — cavab rəqəmlər və mənbə linkləri ilə.

Necə işləyir

  1. 1Hesablarınızı, rəqibləri və açar sözləri əlavə edirsiniz.
  2. 2Postlar və şərhlər avtomatik toplanır.
  3. 3AI təhlil edir, panel və hesabatlarda göstərir.
  4. 4Kriz və trend siqnalları Telegram-a gəlir.

Suallar

Social listening nədir?

Social listening sosial şəbəkələrdə brend, məhsul və ya mövzu haqqında söhbətlərin izlənməsi və bu söhbətlərdən biznes nəticələri çıxarılmasıdır.

Şəxsi hesabların mesajlarını görürsünüzmü?

Xeyr. Yalnız açıq (ictimai) postlar və şərhlər toplanır.

Haqqınızda bu gün nə yazılır? Birlikdə baxaq

Sahənizə uyğun pulsuz demo panel hazırlayaq — real mention-lar, ton və hesabatla.

Demo istəyirəm

Digər həllər