Azərbaycanda media monitorinqi: bütün mənbələr bir paneldə

Nintel Azərbaycan media məkanını — xəbər saytlarını, sosial şəbəkələri, Telegram kanallarını, TV və radio efirlərini — fasiləsiz izləyir və brendiniz, rəqibləriniz və ya sahəniz haqqında yazılan hər şeyi bir paneldə toplayır.

Niyə vacibdir?

1Xəbər bir saat ərzində onlarla sayta və kanala yayılır — əl ilə izləmək mümkün deyil.
2Neqativ yazı vaxtında görülməsə, krizə çevrilir.
3Rəhbərlik üçün hesabat hazırlamaq günlər çəkir — Nintel bunu avtomatik edir.

Nintel nə edir

Bütün mənbələr

Xəbər saytları və RSS (yeni saytlar avtomatik kəşf olunur), Telegram, Instagram, Facebook, TikTok, YouTube, X, Threads, canlı TV və radio.

Postlar və şərhlər

Təkcə yazının özü yox, altındakı şərhlər də toplanır — insanların real fikri şərhlərdədir.

Süni intellekt

Mövzuya aidlik, ton (müsbət, neytral, tənqidi), şikayət və təcililik avtomatik təyin olunur.

Hekayələr

Eyni xəbərin bütün mənbələri bir hekayədə: ilk kim yazıb, neçə yerə və nə sürətlə yayılıb.

Hesabatlar

Gündəlik, həftəlik, aylıq hesabatlar Telegram, PDF və Excel formatında — AI xülasə ilə.

Necə işləyir

  1. 1Brend, məhsul və rəqib açar sözlərini yazırsınız.
  2. 2Nintel bütün mənbələri dəqiqələrlə yoxlayır və uyğun olanları toplayır.
  3. 3AI zibili çıxarır, tonu və şikayətləri təyin edir.
  4. 4Vacib hadisələr Telegram-a dərhal, hesabatlar planlı gəlir.

Suallar

Media monitorinqi nədir?

Media monitorinqi brend, şəxs və ya mövzu haqqında xəbər saytlarında, sosial şəbəkələrdə, TV və radioda yayılan məlumatların sistemli şəkildə toplanması və təhlilidir.

Nintel neçə mənbəni izləyir?

Azərbaycanın xəbər saytları, minlərlə Telegram kanalı və sosial şəbəkə hesabı izlənir; yeni xəbər saytları avtomatik kəşf olunub əlavə edilir.

Haqqınızda bu gün nə yazılır? Birlikdə baxaq

Sahənizə uyğun pulsuz demo panel hazırlayaq — real mention-lar, ton və hesabatla.

Demo istəyirəm

Digər həllər